Azərbaycanın Baş naziri Əli Əsədov Rusiya hökumətinin sədri Mixail Mişustin arasında telefon danışığı olub.
Missiya.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Hökumətinin teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, hökumət başçıları ticarət-iqtisadi əməkdaşlığın cari məsələlərini müzakirə ediblər.
Qarşılıqlı maraq doğuran müxtəlif istiqamətlərdə iri birgə layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirilib.