Azərbaycanın Baş naziri Əli Əsədov Rusiya hökumətinin sədri Mixail Mişustin arasında telefon danışığı olub.

Leqal.info xəbər verir ki, bu barədə Rusiya Hökumətinin teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, hökumət rəhbərləri ticarət-iqtisadi əməkdaşlığın cari məsələlərini müzakirə ediblər.

Qarşılıqlı maraq doğuran müxtəlif istiqamətlərdə iri birgə layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirilib.

Leqal.info