RU

Rusiyada hərbi korrupsiya birdən-birə tabu olub - The Washington Post

"Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə ən azı Müdafiə Nazirliyi üçün güclü antikorrupsiya təşəbbüsü olduğunu sübut etdi".

News365.az xəbər verir ki, bu fikirlər "Washington Post"da dərc olunan məqalədəndir.

Qeyd edilir ki, Rusiya uzun illər orduda və Müdafiə Nazirliyində tüğyan edən korrupsiyaya dözüb durub. Lakin ölkənin artan hərbi, təhlükəsizlik xərclərinin cəbhə xəttində daha çox əsgər, silah və digər texnikanın toparlanmasına gətirib çıxaracağına əmin olmaq üçün Kreml qəfildən aqressiv repressiyalara - dəbdəbəli həyat tərzi keçirən və ya komandanlığı tənqid edən məmurların təmizlənməsinə başladı.

Keçən ay Vladimir Putin Şoyqunun yerinə keçmiş iqtisadi inkişaf naziri Andrey Belousovu təyin etdi və ona ölkənin artan müdafiə büdcəsindən “az-az, lakin səmərəli” istifadə etməyi tapşırdı. 

Daha vacibi isə odur ki, aprel ayından bəri müdafiə nazirinin müavini də daxil olmaqla beş yüksək vəzifəli məmur həbs olunub. Çünki Kreml müharibə zamanı sədaqətsizliyə və ya yeyintilərə dözməyəcəyini açıqlayır.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Son bir ayda isə rus qoşunları Xarkov istiqamətində daha çox hücumlar edir, əsas hədəfin bu bölgənin olduğunu nümayiş etdirirlər.

Tural

News365.az 


Избранный
126
34
news365.az

10Источники