AZ

ABŞ Ukraynaya hərbi müşavirlər göndərməyəcək - Ağ Evdən AÇIQLAMA

Amerika Birləşmiş Ştatları Ukraynaya hərbi müşavirlər göndərməmək siyasətini davam etdirəcək.

Bizim.Media xəbər verir ki, bununla bağlı ABŞ milli təhlükəsizlik rəsmisi açıqlama verib.

ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib: “Bir neçə dəfə qeyd etdiyimiz kimi, ukraynalılara təlim keçmək üçün ABŞ hərbi məsləhətçiləri, qoşunları, təlimçiləri göndərməyi planlaşdırmırıq”.

Onun sözlərinə görə, ABŞ Ukrayna əsgərlərinə ölkə ərazisindən kənarda təlim keçməyi təklif edir. O bildirib ki, bu cür təcrübə Almaniyada həyata keçirilir və burada minlərlə Ukrayna əsgəri Qərb istehsalı olan hərbi texnikanın idarə edilməsini öyrənir.
Sallivan bu cür təlimləri genişləndirməyə hazır olduqlarını vurğulayıb.

Bizim.Media

Seçilən
95
34
bizim.media

10Mənbələr