AZ

Ağ ev: ABŞ Ukraynaya təlim məqsədilə hərbi müşavirlər göndərməyəcək

Ağ

Bakı, 5 iyun, AZƏRTAC

Amerika Birləşmiş Ştatları Ukraynaya hərbi müşavirlər göndərməmək siyasətini davam etdirəcək.

AZƏRTAC xəbər verir ki, bununla bağlı ABŞ milli təhlükəsizlik rəsmisi açıqlama verib.

ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib: “Bir neçə dəfə qeyd etdiyimiz kimi, ukraynalılara təlim keçmək üçün ABŞ hərbi məsləhətçiləri, qoşunları, təlimçiləri göndərməyi planlaşdırmırıq”.

Onun sözlərinə görə, ABŞ Ukrayna əsgərlərinə ölkə ərazisindən kənarda təlim keçməyi təklif edir. O bildirib ki, bu cür təcrübə Almaniyada həyata keçirilir və burada minlərlə Ukrayna əsgəri Qərb istehsalı olan hərbi texnikanın idarə edilməsini öyrənir.

Sallivan bu cür təlimləri genişləndirməyə hazır olduqlarını vurğulayıb.

Seçilən
85
34
azertag.az

10Mənbələr