RU

BMT: Qəzzada binaların yarıdan çoxu dağıdılıb

Birləşmiş Millətlər Təşkilatı Qəzza zolağında binaların yarıdan çoxunun dağıdıldığını açıqlayıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) sosial media hesabında Qəzzadakı vəziyyətlə bağlı açıqlama yayıb.

Açıqlamada Qəzzada baş verən dağıntıların təsvir olunmaz olduğu vurğulanarkən, bölgədəki binaların yarıdan çoxunun dağıldığı qeyd edilib.

İsrailin hücumları nəticəsində yaranan dağıntıların aradan qaldırılmasının illər lazım olacağı ifadə edilən bəyanatda, \"Bu müharibənin psixoloji travmasından qurtulmaq daha da uzun çəkəcək\" deyə bildirilib.

Bəyanatda həmçinin Qəzzada iztirablara son qoyulmalı olduğu vurğulanıb və atəşkəs çağırışı edilib.
 
Gülay

Избранный
102
4
azxeber.com

5Источники