AZ

BMT: Qəzzada binaların yarıdan çoxu dağıdılıb

Birləşmiş Millətlər Təşkilatı (BMT) Qəzza zolağında binaların yarısından çoxunun dağıdıldığını açıqlayıb.

Bakupost.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) sosial media hesabında Qəzzadakı vəziyyətlə bağlı açıqlama yayıb.

Açıqlamada Qəzzada baş verən dağıntıların təsvir olunmaz olduğu vurğulanıb və bölgədəki binaların yarıdan çoxunun dağıldığı qeyd edilib.

İsrailin hücumları nəticəsində yaranan dağıntıların aradan qaldırılmasının illər lazım olacağı ifadə edilən bəyanatda, "Bu müharibənin psixoloji travmasından qurtulmaq daha da uzun çəkəcək" deyə bildirilib.

Bəyanatda həmçinin Qəzzada iztirablara son qoyulmalı olduğu vurğulanıb və atəşkəs çağırışı edilib.

BMT-dən əvvəlki açıqlamada Qəzzadakı dağıntıların çıxarılmasının 14 il çəkə biləcəyi bildirilmişdi.



Elnur
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
4
bakupost.az

5Mənbələr