İsveçrə hökuməti bildirib ki, artıq 90 ölkə Ukrayna üzrə sülh konfransında iştirak etməyə razılaşıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Eyni zamanda Çin, Meksika və Nikaraqua da sammitdə iştirakdan imtina edib.
İyunun 15-16-da İsveçrədə Ukrayna sülh konfransı keçiriləcək. Toplantıya 120-dən çox ölkə, o cümlədən G7, BRİKS və G20 nümayəndələri dəvət olunub.