AZ

Tramp: “Bayden tezliklə ABŞ-ı III dünya müharibəsinə sürükləyəcək”

ABŞ prezidenti Co Bayden tezliklə ölkəni III dünya müharibəsinə sürükləyəcək.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu fikri şənbə günü Amerikanın keçmiş lideri Donald Tramp Filadelfiyada (Pensilvaniya) tərəfdarlarının mitinqində deyib.

"Ölkəmizin indiyə qədər sahib olduğu ən pis prezident olan Co Baydenin dövründə dünya yanır. Prezident bizi üçüncü dünya müharibəsinə sürükləyir. Tezliklə özümüzü üçüncü dünya müharibəsində görəcəyik”, - Tramp deyib.

Keçmiş prezidentin sözlərinə görə, Bayden “tezliklə vəzifəsindən uzaqlaşdırılmalıdır”. “Ən böyük problem onun Rusiya, Çin və Şimali Koreyaya dair dedikləridir. Bu ölkələr bizə gülür, Amerikanın başına gələnlərə inana bilmirlər”, - Tramp əlavə edib.

Musavat.com

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
40
30
musavat.com

10Mənbələr