Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Modern.az xəbər verir ki, hadisə köhnə Ələt-Astara yolunda qeydə alınıb.
İdarəetmədən çıxan avtomobil park halında olan “Ford” markalı maşına çırpılıb.
Hadisə zamanı xəsarət alan iki nəfər - Eldar Bayramov və Rəhim Mustafayev ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.