AZ

Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə köhnə Ələt-Astara yolunda qeydə alınıb.

İdarəetmədən çıxan avtomobil park halında olan “Ford” markalı maşına çırpılıb.

Hadisə zamanı xəsarət alan iki nəfər - Eldar Bayramov və Rəhim Mustafayev ağır vəziyyətdə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
74
1
sia.az

5Mənbələr