Məşhur İrlandiyalı MMA döyüşçüsü və yüngül çəkidə iki UFC titulunun keçmiş sahibi Konor Makqreqor amerikalı Maykl Çandlerə qarşı döyüşə hazırlaşır.
Qarşılaşma iyunun 29-da Las-Veqasda keçiriləcək UFC 303-də baş tutacaq.
İyunun 3-də liqa rəhbərliyi Dublində Konor Makqreqor və Maykl Çandlerin iştirak etməli olduğu mətbuat konfransını ləğv edib. Bu, döyüşün təxirə salınması ilə bağlı şayiələrə səbəb olub.
Xatırladaq ki, Makqreqor 2021-ci ilin iyulunda Dastin Puarye ilə revanş döyüşündə birinci raundda ayağını sındırıb və qarşılaşma texniki nokautla başa çatıb. İndi o, üç illik fasilədən sonra yenidən oqtağona qayıtmağa hazırlaşır.