RU

Netanyahu: Qəzzadakı bütün əsirləri diri və ya ölü geri gətirənə qədər dayanmayacağıq

İsrailin baş naziri Benyamin Netanyahu Qəzzada 4 israilli məhbusun xilas edilməsindən sonra açıqlama verib: Biz Qəzzadakı israilli əsirləri diri və ya ölü evlərinə qaytarana qədər dayanmayacağıq. Bizimyol.info xəbər verir ki, İsrailin “Maariv” qəzetinin verdiyi məlumata görə, baş nazir Netanyahu verdiyi açıqlamada Müdafiə naziri Yoav Gallant Baş Qərargah rəisi Herzi Halevi, Daxili Kəşfiyyat İdarəsinin rəisi Şin-Bet Ronen Bara və Qəzza zolağının mərkəzi hissələrində Nusayrat Qaçqınlar Düşərgəsində əməliyyatı idarə edən komandaya təşəkkürünü bildirib. Netanyahu: "Biz bunu gələcəkdə də etməkdə qərarlıyıq. Biz missiyanı başa çatdırana və qaçırılan bütün insanları (Qəzzadakı israilli əsirləri) diri və ya ölü evlərinə qaytarana qədər dayanmayacağıq", - deyə qeyd edib. İsrail ordusundan verilən yazılı açıqlamada Qəzza zolağının mərkəzi hissəsində müxtəlif nöqtələrə hücumların təşkil edildiyi, iki fərqli bölgədə cəmi 4 israilli məhbusun sağ-salamat xilas edildiyi və onların sağlamlıq vəziyyətinin yaxşı olduğu bildirilib. İsrail ordusunun Qəzza zolağının mərkəzi hissəsindəki Nusayrat Qaçqınlar Düşərgəsi və müxtəlif bölgələrə qurudan, havadan və dənizdən eyni vaxtda həyata keçirdiyi intensiv hücumlarda 210 nəfərin öldüyü, ən azı 400 nəfərin yaralandığı bildirilib. Qadir, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
93
50
bizimyol.info

10Источники