AZ

Azərbaycanda marağın ən çox artdığı və azaldığı - SIĞORTA NÖVLƏRİ ( YANVAR/MAY-2024)

2024-cü ilin yanvar-aprel aylarının nəticələrinə əsasən Azərbaycanın sığorta bazarı 14%, başqa sözlə 77 milyon 320 min manat böyüyüb.

FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq bülletenə istinadən xəbər verir.

Göstəricilər əsasında aparılmış hesablamalardan məlum olur ki, yığımlar üzrə ən yüksək müsbət dinamika könüllü sığortalar üzrə olub. Bu ilin 5 ayının nəticəsinə görə könüllü sığorta bazarı 71 milyon 222 min manat (17%) böyüyüb. Ondan əlavə  65 milyon 31 min manat və ya 26% könüllü həyat6 milyon 98 min manat və ya 4% artım icbari sığortanın payına düşüb.

Könüllü həyat sığortasında ən yüksək yığım dinamikası 59 milyon 871 min manat (25%) olmaqla həyatın yaşam sığortası üzrə qeydə alınıb.

İlk 5 ayın nəticələrinə görə yığımların ən çox azaldığı sığorta növləri  əmlakın yanğından və digər risklərdən könüllü sığortası (2 milyon 540 min manat / 9%), kənd təsərrüfatı bitkiləri məhsullarının könüllü sığortası (1 milyon 560 min manat / 15%)  hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası (20 min manat/29%), kənd təsərrüfatı heyvan larının könüllü sığortası (1 milyon 232 min manat / 62%)  olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
1
fed.az

10Mənbələr