AZ

Azərbaycanda ən çox və ən az ödənişlər edilən - SIĞORTA NÖVLƏRİ (YANVAR-MAY /2024)

Bu ilin yanvar-may ayları üzrə Azərbaycanda sığorta növləri üzrə ödənişlər 274 milyon 837 min manat təşkil edib.

FED.az bu barədə Mərkəzi Bankın açıqladığı aylıq statistik bülletenə istinadən xəbər verir.

Bülletenə əsasən ən çox ödənişlər könüllü sığortalar üzrə olub. Bu ilin 5 ayının nəticəsinə görə könüllü sığorta ödənişləri 220 milyon 316 min manat təşkil edib. Ondan 168 milyon 884 min manatı həyat51  milyon 433 min manatı qeyri-həyat sığortasının payına düşüb. 54 milyon 521 min manat ödənişlər icbari sığorta növləri üzrə edilib.

Könüllü həyat sığortasında ən yüksək ödənişlər 167 milyon 865 min manat olmaqla həyatın yaşam sığortası üzrə, qeyri-həyat sığortasında 38 milyon 88 min manat olmaqla şəxsi sığortası üzrə və 37 milyon 749 min manat olmaqla tibbi sığorta üzrə edilib.

İcbari sığorta üzrə ən yüksək ödənişlər 53 milyon 47 min manat olmaqla qeyri-həyat sığortasının, ondan 51 milyon 619 min manat olmaqla  avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının payına düşüb.

İlk 5 ayın nəticələrinə görə ən az sığorta ödənişləri   daşınmaz əmlakın istismarı ilə bağlı  mülki məsuliyyətinin könüllü sığortası (100 min manat),  avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortası (19 min manat), ümumi mülki məsuliyyətin könüllü sığortası (22 min manat), kreditlərin sığortası (35 min manat),  əmək qabiliyyətinin könüllü sığortası (45 min manat), hava nəqliyyatı vasitələrinin könüllü sığortası (50 min manat),  sağalmaz xəstəliklərdən könüllü sığorta (92 min manat),  xaricə səfər edən vətəndaşların sığortası (111 min manat) və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası (100 min manat) üzrə olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
3
fed.az

10Mənbələr