Bu gün Azərbaycanın kişi və qadınlardan ibarət 3x3 basketbol milliləri Kosovonun paytaxtı Priştinada keçiriləcək Avropa Kubokunun təsnifat mərhələsində mübarizəyə başlayacaq.
"Report"un məlumatına görə, turnirdə ilk olaraq kişi basketbolçular iştirak edəcək.
Komandamız Ermənistan seçməsi ilə üz-üzə gələcək.
Qadınlardan ibarət yığmanın ilk sınağı isə Maltaya qarşı olacaq.
8 iyun
Kişilər
11:30. Ermənistan - Azərbaycan16:10. Azərbaycan - Kosovo19:40. Kipr - Azərbaycan
23:45. Azərbaycan - Albaniya
Qadınlar
17:50. Azərbaycan - Malta23:20. Azərbaycan - Lüksemburq
Qeyd edək ki, yarış iyunun 9-da başa çatacaq.