AZ

Avropa Kuboku: Millilərimiz təsnifat mərhələsində mübarizəyə başlayırlar

Bu gün Azərbaycanın kişi və qadınlardan ibarət 3x3 basketbol milliləri Kosovonun paytaxtı Priştinada keçiriləcək Avropa Kubokunun təsnifat mərhələsində mübarizəyə başlayacaq.

“İki sahil” xəbər verir ki, turnirdə ilk olaraq kişi basketbolçular iştirak edəcək.

Komandamız Ermənistan seçməsi ilə üz-üzə gələcək.

Qadınlardan ibarət yığmanın ilk sınağı isə Maltaya qarşı olacaq.

8 iyun

Kişilər

11:30. Ermənistan - Azərbaycan

16:10. Azərbaycan - Kosovo

19:40. Kipr - Azərbaycan

23:45. Azərbaycan - Albaniya

Qadınlar

17:50. Azərbaycan - Malta

23:20. Azərbaycan - Lüksemburq

Qeyd edək ki, yarış iyunun 9-da başa çatacaq.

Seçilən
113
5
ikisahil.az

9Mənbələr