AZ

Bu gün kişilərdən ibarət 3x3 basketbol millimiz Ermənistanla qarşılaşacaq

Bu gün Azərbaycanın kişi və qadınlardan ibarət 3x3 basketbol milliləri Kosovonun paytaxtı Priştinada keçiriləcək Avropa Kubokunun təsnifat mərhələsində mübarizəyə başlayacaq.
Oxu.Az-ın məlumatına görə, turnirdə ilk olaraq kişi basketbolçular iştirak edəcəklər.
Komandamız Ermənistan seçməsi ilə üz-üzə gələcək.
Qadınlardan ibarət yığmanın ilk sınağı isə Maltaya qarşı olacaq.
8 iyun
Kişilər
11:30. Ermənistan - Azərbaycan
16:10. Azərbaycan - Kosovo
19:40. Kipr - Azərbaycan
23:45. Azərbaycan - Albaniya
Qadınlar
17:50. Azərbaycan - Malta
23:20. Azərbaycan - Lüksemburq
Qeyd edək ki, yarış iyunun 9-da başa çatacaq.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
3
oxu.az

9Mənbələr