RU

Almaniya dördüncü “Patriot”u Ukraynaya keçirmək istəyir...

Almaniya dördüncü Patriot zenit-raket kompleksinin Ukrayna Silahlı Qüvvələrinə təhvil verilməsini nəzərdən keçirir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri mənbələrə istinadən Bloombergyayıb.

...Berlin belə bir addımın Kiyevə güclü dəstəyin nümayişi ola biləcəyini başa düşür.

Belə ki, Almaniya Ukrayna Silahlı Qüvvələrinin hava hücumundan müdafiəsini gücləndirmək üçün NATO müttəfiqlərinin səylərini birləşdirmək istəyir.

Bundan əvvəl Almaniyanın xarici işlər naziri Annalena Berbok Ukrayna səmasının müdafiəsi üçün əlavə hava hücumundan müdafiə sistemlərinin tədarükü vacibliyindən danışıb.

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan da öz növbəsində bildirib ki, Cozef Bayden administrasiyası müttəfiqləri ilə Ukraynaya hərbi yardımı genişləndirmək üçün işləyir.

Onun sözlərinə görə, Kiyevin effektiv hava hücumundan müdafiə sisteminə ehtiyacı var.

Bloomberg-in məlumatına görə, G7-nin iyun sammitindən sonra İtaliya Kiyevə bir neçə SAMP/T hava hücumundan müdafiə sistemi göndərib.

Əli Babayev

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
41
28
sia.az

10Источники