RU

Hakan Fidandan Azərbaycan həmləsi: O öllkəyə bir şərtləri oldu

Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Azərbaycanla imzalayacağımız sülh müqaviləsinə bağlıdır.

Teleqraf.com xəbər verir ki, bunu erməni politoloq Ruben Safrastyan deyib.

Onun sözlərinə görə, münasibətlərin normallaşması üçün zəmin yaranıb:

“Ankara və İrəvan normallaşmaya gedir. Çünki iki qonşu ölkənin normal münasibətləri olmalıdır. Türkiyənin yanaşmasını da çox yaxşı bilirik. Prezident Ərdoğan dəfələrlə vurğulayıb ki, Ermənistanla münasibətlərin tənzimlənməsi yalnız Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanandan sonra mümkündür. İndi Türkiyə lideri bu istiqamətdə müəyyən müsbət dinamika görür.

Başqa bir durum da var: Cənubi Qafqazdakı vəziyyət və Ermənistan-Türkiyə münasibətlərinin nizamlanması ilə bağlı Türkiyə-ABŞ müzakirələri son vaxtlar intensiv xarakter alıb. Ötən günlərdə Türkiyə xarici işlər naziri Hakan Fidan Blinkenlə görüşüb. Mən bunu daha çox Fidanın ABŞ ilə münasibətləri tənzimləməyə, dialoqu daha da yaxınlaşdırmağa daha çox meylli olması ilə əlaqələndirirəm. Əlbəttə, ABŞ də Ermənistan-Türkiyə münasibətlərinin norlaşmasının tərəfdarıdır. Hesab edirəm ki, ABŞ Türkiyəni bu mənada təhrik edir. Bütün bunların fonunda münasibətlərin tənzimlənməsi ehtimalı var”.

Bununla yanaşı, Safrastyan hesab edir ki, Türkiyə-Ermənistan münasibətlərinin əsas hərəkətverici qüvvəsi İrəvanla Bakının sülh müqaviləsini imzalaması olardı: “Münasibətlər tənzimlənsə, diplomatik əlaqələr qurulsa, sərhəd açılsa, ümumilikdə Ermənistan üçün faydalı olar. İqtisadi baxımdan fayda verəcək”.

Politoloq Hakan Fidanın sülh müqaviləsinin təkcə Ermənistan və Azərbaycana yox, bütün regiona müsbət təsir göstərəcəyi barədə bəyanatına da toxunaraq, bununla razılaşdığını söyləyib:

“Mən də düşünürəm ki, bəli, Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsi region üçün vacib olacaq. Bu, bölgədə münasibətlərin tənzimlənməsinə töhfə və əməkdaşlığa yeni yük verəcək.

Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanması təkcə regional baxımdan əhəmiyyətli olmayacaq, həm də bütün qlobal problemlərimizin həllinə öz töhfəsini verəcək. Düşünürəm ki, bütün dövlətlər Cənubi Qafqazın dünya proseslərinə inteqrasiyasında maraqlıdır”.

Safrastyan əlaqələrin normallaşması və sülh müqaviləsinin imzalanmasının vacibliyini həm də onunla əlaqələndirib ki, Ermənistanın əbədi döyüşmək üçün resursları yoxdur.


Müəllif: Mənsur Rəğbətoğlu
Избранный
110
34
teleqraf.com

10Источники