AZ

Dövlətlər keçmiş Qarabağ ermənilərinə vizadan imtina edir- əsl səbəb "070 kodu" deyil...

Image

Akif Nağı: “...Başqa ölkələr erməni təhlükəsini yaxşı başa düşürlər”

Qarabağdan könüllü köçüb gedən ermənilərin əsas məqsədinin Ermənistana, oradan isə xarici dövlətlərə köçüb getmək olduğu sirr deyil. İlk vaxtlarda müəyyən qədər erməni ailəsi başqa ölkələrə gedə bilsə də, son vaxtlar bir çox xarici ölkələr də saxta qaçqınları qəbul etməkdən imtina edir. Əlbəttə, burada əsas amil onların Qarabağın Azərbaycanm ərazisi olduğunu qəbul etməsidir...

Artıq məhv olmuş keçmiş “Arsax”ın oyuncaq “ombudsmanı” Geqam Stepanyan sosial şəbəkələrdə yazıb ki, bəzi dövlətlərin səfirlikləri Qarabağdan olan ermənilərə ölkələrinə giriş vizası verməkdən imtina edir.

O, “son günlərdə Qarabağdan köçən ermənilər  məsələ qaldırdılar ki, Ermənistan Respublikasında akkreditə olunmuş bir sıra ölkələrin (əsasən Avropa) səfirlikləri Qarabağdan köçən ermənilərə giriş vizası verməkdən, xüsusən də 070 kodunu əsas gətirib pasportu olan şəxslərin müraciətlərinə baxmaqdan imtina edir”-deyə yazıb.

Onun qeyd etdiyinə görə, səfirliklərin imtinası onunla izah olunur ki, onlar Ermənistan hakimiyyətinin yaydığı məlumatlara əsaslanır, ona görə ki, 070 kodlu pasport əslində Ermənistan vətəndaşlığını təsdiq edən sənəd hesab edilmir. “Əgər vətəndaşlıq pasportda aydın şəkildə göstərilmirsə, ərizə qəbul edilə və ya baxıla bilməz” - deyə yazan üzdəniraq “ombudsman” bildirir ki, səfirliklərin bu cür izahatı guya son dərəcə anlaşılmazdır və qınaq obyektinə çevrilməlidir. “Çünki diplomatik nümayəndəliklər hakimiyyət orqanlarının bəyanatlarını rəhbər tuturlarsa, o zaman niyə eyni orqanlara görə 070 kodlu pasportun dövlət orqanına təqdim edilməsinə məhəl qoymurlar” - deyə yazıb.

O iddia edib ki, Ermənistan hökumətinin 26 oktyabr 2023-cü il tarixli “Müvəqqəti müdafiə almış qaçqının şəxsiyyətini təsdiq edən sənədin təsvirinin və onun verilməsi qaydasının təsdiq edilməsi haqqında” qərarı ilə Qarabağdan “köçkün” düşmüş şəxslərin 070 kodlu pasportu “qaçqının” şəxsiyyətini təsdiq edən sənəd kimi tanınıb. “Müəyyən edilib ki, Ermənistandan kənarda o, “qaçqın” vəsiqəsi ilə birlikdə istifadə edildikdə etibarlıdır”, - Stepanyan qeyd edib.

Qarabağdan köçüb getmiş ermənilərə İrəvandakı bəzi ölkələrin səfirliklərinin viza verməməsi adi hadisə sayıla bilməz. Düzdür, onlar bunu 070 kodu ilə izah ediblər ki, pasportda 070 kodu var. Əslində isə bu artıq Azərbaycanın gücünü göstərir, Qarabağın Azərbaycanın ərazisi kimi tanınmasının etirafıdır ki, Qarabağdan könüllü getmiş erməniləri o dövlətlər Ermənistan vətəndaşı kimi qəbul etmirlər. Əslində bu, Qarabağın Azərbaycanın tərkib hissəsi olması reallığına o dövlətlərdən bir dəstəkdir.

“Görünür, artıq bəzi dövlətlər həm ermənilərin terrorçu xislətinə bələd olduqları, həm də Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul etdikləri üçün onlara viza verməkdən imtina edib” 

Azad Vətən Partiyasının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Akif Nağı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Qarabağdan gedən ermənilərin Ermənistanda qalması, yaxud ordan başqa ölkələrə getməsi gündəmdə olan məsələdir. “Hansı məqsədlə, nə üçün onlar Ermənistan tərəfindən Qarabağdan çıxarıldı? Bu ətrafda müzakirələr olub. Hesab edirəm ki, əsas səbəblərdən biri o olub ki, müəyyən bir vaxtdan sonra həmin ermənilərdən Azərbaycana qarşı istifadə edilsin. Bunu Ermənistan rəhbərliyi də nəzərdə tuturdu, eyni zamanda bəzi xarici dövlətlər də. Başa düşürdülər ki, Azərbaycan xalqına qarşı törədilən bütün cinayətlərdən sonra ermənilərin orda qalması mümkün deyil. Həmçinin ermənilərin özləri də Azərbaycan vətəndaşlığını qəbul etmək istəmirdilər. Çünki törətdikləri cinayətlərə görə cəza alacaqlarını düşünürdülər, ona görə də könüllü şəkildə Azərbaycan ərazisini tərk etdilər. Həmin prosesdən Ermənistan rəhbərliyi istifadə edib onlar vasitəsilə Azərbaycana qarşı hansısa iddialar irəli sürmək niyyətində idi, təbliğat vasitəsi kimi onlardan istifadə edilməsi nəzərdə tutulurdu. Onlar Ermənistana gedəndən sonra açıq gördülər ki, Ermənistan özü öz əhalisinə normal şərait yarada bilmir. Qarabağdan gedən ermənilərin sayı çox olmasa da, kasıb Ermənistan üçün əlavə bir yükdür. Ona görə də onları şəraitsiz yerlərdə yerləşdirdilər. Son zamanlar onlara ayrılan maddi yardımın, vəsaitin kəsilməsi ilə bağlı məsələ qalxıb, yardımı kəsməyi onlara bir təzyiq vasitəsi kimi istifadə edirlər. Ermənistanın onları normal şəkildə saxlamaq, onlara ev tikmək, evlə, işlə, ərzaqla  təmin etmək  üçün imkanı yoxdur. Bu problemlərə görə də onlar Ermənistanı tərk etmək yolunu tutublar. Amma yenə də bəzi xarici qüvvələr, o cümlədən də Ermənistan rəhbərliyi onların Ermənistandan çıxıb getməsini istəmir. Çıxıb getsələr də onların kompakt şəkildə bir yerdə olmalarını istəyirlər ki, sonradan müxtəlif ölkələrdə onların icmalarını yaratsınlar və onlardan Azərbaycana qarşı istifadə etsinlər” - deyən A.Nağı vurğuladı ki, o planları yerinə yetmədiyi üçün indi bu cür yol tuturlar. A.Nağının sözlərinə görə, onlara Ermənistan tərəfindən 070 kodlu pasportlar qəsdən verilib ki, başqalarından seçilsinlər, istənilən vaxt da onların hərəkətlərini, imkanlarını məhdudlaşdırmaq mümkün olsun. “Onlara adi qaydada Ermənistan vətəndaşlarına verilən pasportlar verilsəydi onlar itib-batardılar, onları axtarıb tapmaq mümkün olmazdı. Əslində bu, Ermənistanda o ermənilərə qarşı irqçilik münasibətidir. Onlara nə üçün bu şəkildə fərq qoyulduğunu Ermənistan rəhbərliyi onlara izah etməlidir. Ermənistan dövləti onların hüquqlarını pozub”.

A.Nağı hesab edir ki, Ermənistan rəhbərliyi özü də müxtəlif ölkələrin səfirliklərinə müraciət edib onlara viza verilməməsini tapşıra bilər. A.Nağı qeyd etdi ki, bu gün müxtəlif ölkələrdə Qarabağdan köçüb getmiş ermənilərin təşkilatları da yaradılıb, onların “hüquqlarını” müdafiə edən qurumlar da var. “Bu təşkilatları ona görə yaradırdılar ki, Azərbyacana qarşı istifadə etsinlər. Amma bu gün dünyada artıq onları müdafiə edən təşkilatların fəaliyyəti sönür. Çünki onların iddiasını sübut edən heç bir fakt yoxdur və onların Qarabağdan zorla çıxarılmadığı bütün dünyaya məlumdur. Digər tərəfdən, bəzi ölkələr artıq ermənilərin naqis xislətinə bələddir, bilirlər ki, hansı ölkələrə ayaqları dəysə o ölkələr üçün problemlər yarada bilərlər. Görürlər ki, onlar Azərbaycanla, Azərbaycandan əvvəl Türkiyə ilə bağlı necə hərəkət ediblər. Rusiyanın özündə artıq ermənilər problemə çevrilib, bu ölkənin Cənubunda, Krasnodar və onun ətrafında yerləşən ermənilər Rusiyaya qarşı ərazi iddiaları ilə çıxış edirlər. Fransanın özündə kompakt şəkildə yaşayan ermənilər problemlər yaradılrlar, Fransa bunu bəyan etməsə də, məlumdur.

Dünya ölkələri yaxşı bilir ki, Ermənistan-Azərbaycan münaqişəsində 30 il ərzində Qarabağda yaşayan ermənilərdən Azərbaycana qarşı çox eybəcərcəsinə istifadə etdilər, Azərbaycan xalqının onlara göstərdiyi münasibətə xəyanətlə cavab verdilər, Azərbaycanın kürəyinə zərbə endirdilər. Bunu görürlər və eyni zamanda başa düşürlər ki, ermənilərə öz ərazilərində yaşamaq üçün şəriat yaratsalar müəyyən bir dövrdən sonra onlar o ölkələr üçün problem yarada bilərlər. Ona görə də ölkələr arasında ermənilərə bu cür fərqli yanaşma var. Bəzi dövlətlər onlara viza verməkdən imtina edir, amma ABŞ 070 kodlu pasportla onları qəbul edir. Amma bu kimi böyük dövlət unudur ki, orada da ermənilər böyük terror aktları törədə, qarışıqlıq yarada  bilərlər. Amma görünür, başqa ölkələr erməni təhlükəsini yaxşı başa düşür və onlara viza vermirlər”.

A.Nağı onu da vurğuladı ki, Ermənistandakı bəzi ölkələrin səfirliklərinin Qarabağdan getmiş ermənilərə 070 kodlu pasportu əsas götürüb viza verməməsinin başlıca səbəblərindən biri də Azərbaycana münasibətlərinin dəyişməsi ilə bağlı ola bilər. A.Nağının fikrincə, artıq bir sıra ölkələr gerçəyi dərk edir və Azərbaycanın yaratdığı reallıqlarla, dövlətimizin gücü ilə razılaşırlar. “Burada bir məqamı da vurğulamaq olar. Görünür, artıq bəzi dövlətlər həm ermənilərin terrorçu xislətinə bələd olduqları, həm də Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul etdikləri üçün onlara viza verməkdən imtina edib. Çünki dünya dövlətləri həqiqəti dərk edir və bilir ki, ermənilər o torpaqların yerli sakinləri deyil, Qarabağ Azərbaycan ərazisidir. Bu baxımdan, ermənilərə viza vermirlər. Bu ehtimallar da var”-deyə vurğulayan A.Nağı qeyd etdi ki,  Azərbaycanın ortaya qoyduğu gerçəkliklə razılaşan dövlətlərin səfirlikləri ermənilərə viza vermək istəmir.

A.Nağı hesab edir ki, nə Ermənistanın səyləri, nə xarici ölkələrin addımları ermənilərin Ermənistan ərazisini tərk etməsinin qarşısını ala bilməz, çünki vətənsiz olan bu qaraçı tayfası bir yerdə dayana bilməz, harda marağı var ora can atır. 

Qeyd edək ki, üzdəniraq “ombudsman” Qarabağdan könüllü köçmüş ermənilərə viza verməyən ölkələrin adlarını açıqlamayıb, ümumi danışıb.

İradə SARIYEVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
138
34
baki-xeber.com

10Mənbələr