RU

Süni intellektin erası: 2030-cu ildə bazarın həcmi 1 trilyon dolları keçəcək

Süni intellektdə sürətli irəliləyişlər iqtisadiyyatı və cəmiyyəti yenidən formalaşdırmaq potensialına malik olsa da, yaxın illərdə bu texnologiyanın bazar həcmi 1 trilyon dolları keçəcək.

Süni intellekt (AI) son illərdə bir çox sənaye sahələrində mühüm rol oynamağa başlayıb. Bu texnologiyalar səhiyyə, maliyyə, pərakəndə satış və istehsal kimi sahələrdə avtomatlaşdırma, məlumatların təhlili və qərarların qəbulu kimi vəzifələr üçün istifadə olunur .

Süni intellektin getdikcə daha çox qəbul edilməsi ilə bazarın həcminin də yaxın illərdə sürətlə artacağı gözlənilir.

Mütəxəssislər yaxın illərdə süni intellekt sahəsində sürətli artımın olacağını proqnozlaşdırsa da, şirkətlər bu sahədə “ən yaxşı ağıllar” uğrunda yarışır.

Grand View Research-in araşdırmasına görə, keçən il 196,6 milyard dollar olan süni intellekt bazarının 2030-cu ildə orta hesabla 36 faizdən çox artımla 1 trilyon 800 milyard dollara çatacağı gözlənilir.

Görünür, investorların marağı xüsusilə Apple, Alphabet, Microsoft, Amazon və Meta kimi iri texnologiya şirkətlərinin səhmləri ətrafında cəmləşib.

Microsoft, bazar dəyəri 3,19 trilyon dolları keçən ABŞ-ın ən böyük şirkətidir.

Apple 2,91 trilyon dollarla ölkənin ikinci ən dəyərli şirkəti olduğu halda, təxminən 7 ildir süni intellektə diqqət yetirən Google-un ana şirkəti Alphabetin bazar dəyəri 2,18 trilyon dollar olaraq qeyd edilir.

20 ildən artıqdır ki, süni intellekt və maşın öyrənməsinə diqqət yetirən Amazonun bazar dəyəri 1,8 trilyon dollardır.

Google-un ana şirkəti Alphabet 2023-cü ildə təxminən 74 milyard dollar xalis mənfəət əldə etdi, Microsoft isə 72 milyard dollardan çox mənfəət əldə etdiyini açıqladı. Metanın illik mənfəəti keçən il demək olar ki, 40 milyard dollar olub.

© tech.az

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
160
50
valyuta.az

10Источники