Türkiyə Super Liqasına vəsiqə qazanan üçüncü komanda məlum olub. SİA xəbər verir ki, I Liqanın pley-off mərhələsinin finalında “Sakaryaspor”u məğlub edən “Bodrumspor” elitaya vəsiqə qazanıb.
Komanda həlledici görüşdə rəqibini 3:1 hesabıyla məğlub edib. Daha əvvəl “Göztəpə” və “Eyüpspor” Super Liqaya yüksəlib.