AZ

Super Liqaya sonuncu vəsiqənin sahibi bəlli oldu

Yeni mövsümdə Türkiyə Super Liqasında çıxış edəcək sonuncu klub müəyyənləşib.



Komanda.az xəbər verir ki, bu, “Bodrumspor”dur.



Bodrum təmsilçisi elitaya vəsiqə uğrunda keçirilən pley-off mərhələsinin final matçında “Sakaryaspor”u üstələyib – 3:1.



“Bodrumspor” tarixində ilk dəfə Türkiyə Super Liqasında mübarizə aparacaq. Komanda 1931-ci ildə yaradılmasına baxmayaraq, uzun müddət həvəskarlar arasında yarışıb. Yalnız 2015-ci ildən etibarən mütəmadi olaraq üçüncü liqada mübarizə aparmağa başlayan komanda 2017-ci ildə ilk dəfə ikinci liqaya çıxıb, 2022-ci ildə birinci liqada debüt edib. Ötən il pley-offun finalında uduzan kollektiv bu il daha bir tarixi ilkə imza atıb.



Daha öncə “Eyüpspor”la “Göztəpə” də elitaya vəsiqə qazanmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin EtiketlərBodrumspor

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
2
komanda.az

10Mənbələr