AZ

Tarixində ilk dəfə Türkiyə Super Liqasına yüksəldilər

Yeni mövsümdən etibarən Türkiyə Super Liqasında çıxış edəcək sonuncu klubun adına aydınlıq gəlib.

“Qafqazinfo” xəbər verir ki, “Bodrumspor” pley-off mərhələsinin final matçında “Sakaryaspor”a 3:1 hesabı ilə qalib gələrək bu uğura imza atıb.

Qeyd edək ki, bu, “Bodrumspor”un tarixində ilk belə uğurdur.

Komanda 1931-ci ildə yaradılmasına baxmayaraq, uzun müddət həvəskarlar arasında yarışıb.

Yalnız 2015-ci ildən etibarən mütəmadi olaraq üçüncü liqada mübarizə aparmağa başlayıb. 2017-ci ildə ilk dəfə ikinci liqada yüksələn “Bodrumspor” 5 il sonra birinci liqada debüt edib.

Ötən il pley-offun finalında uduzan kollektiv nəhayət 2024-cü ildə tarixində ilk dəfə Super Liqaya yüksəlməyi bacarıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
131
3
qafqazinfo.az

10Mənbələr