RU

Kreml: "NATO Rusiya ilə müharibəni davam etdirmək niyyətindədir"

Şimali Atlantika Alyansına üzv olan ölkələr Rusiya ilə müharibəni davam etdirməkdə maraqlıdırlar; Bu barədə cümə axşamı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.

Onun sözlərinə görə, NATO dövlətləri “hərfi və məcazi mənada” müharibəyə hazırdır. "Bütün bunlar, əlbəttə ki, öz nəticələrini verəcək", - Kreml sözçüsü bildirib.

Peskov əlavə edib ki, Qərb dövlətləri Ukraynanı Rusiya ilə qarşıdurmanı davam etdirmək üçün təhrik edir.

Turkustan.az xəbər verir ki, bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə zərbələr endirməsi üçün Kiyevin Qərb silahlarından istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağırıb. Onun sözlərinə görə, indi “Ukrayna tərəfi üçün özünü müdafiə etmək çətindir”.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
157
50
turkustan.az

10Источники