AZ

Rusiya “Taliban”ı qadağan olunmuş təşkilatlar siyahısından çıxara bilər


Rusiya Xarici İşlər Nazirliyi, həmçinin, Rusiya Ədliyyə Nazirliyi Prezident Vladimir Putinə “Taliban” hərəkatının qadağan olunmuş təşkilatlar siyahısından çıxarılması ilə bağlı müraciət ediblər.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin İkinci Asiya Departamentinin direktoru Zamir Kabulov məlumat yayıb.
Kabulov bildirib ki, diplomatik departamentin və ədliyyə strukturunun mövqeyi digər idarələrlə razılaşdırılaraq çatdırılıb.
O, Rusiya XİN-in bu məsələdə hansı mövqe tutduğu sualına cavab verərək, “Müsbətdir”, - deyib.
“Bu məsələ çox vacibdir, çünki bunsuz “Taliban” hökumətinin tanınmasından danışmaq tezdir. Ona görə də, bu məsələyə yenidən baxılır. Bütün mülahizələrlə bağlı Rusiyanın ali rəhbərliyinə məlumat verilib. İndi məsələ ilə bağlı qərarı gözləyirik”, - deyə Kabulov əlavə edib.
Onun sözlərinə görə, “Taliban” hökumətinin Rusiya tərəfindən tanınması onların 2021-ci ildə Əfqanıstanda hakimiyyətə gəlişi ilə müqayisədə xeyli yaxınlaşıb.
“Ancaq hələ də aradan qaldırılmalı olan bəzi məsələlər var. Rusiya rəhbərliyi bundan sonra qərar verəcək”, - Kabulov qeyd edib.
Diplomat onu da bildirib ki, Moskvanın Rusiya ilə Əfqanıstan arasında diplomatik münasibətlərin qurulmasının 105-ci ildönümü ilə əlaqədar “Taliban” hökuməti ilə hər hansı tədbir keçirmək və ya təbrik teleqramları mübadiləsi aparmaq planları yoxdur. Obunu formal səbəblə, “Taliban”ın rəsmi tanınmaması ilə əlaqələndirib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
126
50
yeniavaz.com

10Mənbələr