RU

İqtisadiyyatSOCAR BƏƏ şirkəti ilə xam neft, neft məhsullarının logistikasını müzakirə edib - FOTO

SİZİN REKLAM BURADA!055 213 76 73

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Birləşmiş Ərəb Əmirliklərinin “AD Ports Group” şirkətləri arasında xam neft, neft məhsullarının logistikası, infrastruktur layihələrində birgə iştirak və əməkdaşlıq məsələləri müzakirə edilib.

Far.Az-in SOCAR-a istinadən verdiyi məlumata görə, bu müzakirələr bu gün SOCAR prezidenti Rövşən Nəcəfin “AD Ports Group” şirkətinin əməliyyatlar üzrə direktoru, regional baş icraçı direktoru Əbdüləziz Zayed Əl-Şəmsinin rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə aparılıb.

Görüşdə şirkətlər arasında strateji tərəfdaşlığın önəmi qeyd olunub.

Tərəflər, həmçinin SOCAR və “AD Ports Group” arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.

Far.Az QALEREYA

Избранный
113
50
far.az

10Источники