AZ

SOCAR prezidenti BƏƏ şirkəti ilə əməkdaşlığı müzakirə edib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Birləşmiş Ərəb Əmirliklərinin “AD Ports Group” şirkətləri arasında xam neft, neft məhsullarının logistikası, infrastruktur layihələrində birgə iştirak və əməkdaşlıq məsələləri müzakirə edilib.

İqtisadiyyat.az-ın SOCAR-a istinadən verdiyi məlumata görə, bu müzakirələr bu gün SOCAR prezidenti Rövşən Nəcəfin “AD Ports Group” şirkətinin əməliyyatlar üzrə direktoru, regional baş icraçı direktoru Əbdüləziz Zayed Əl-Şəmsinin rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə aparılıb.

Görüşdə şirkətlər arasında strateji tərəfdaşlığın önəmi qeyd olunub.

Tərəflər, həmçinin SOCAR və “AD Ports Group” arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
50
iqtisadiyyat.az

10Mənbələr