AZ

SOCAR və “AD Ports Group” layihələrdə birgə iştirak məsələsini müzakirə edib

SOCAR-ın prezidenti “AD Ports Group” şirkətinin əməliyyatlar üzrə direktorunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

FED.az xəbər verir ki, 29 may 2024-cü il tarixində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “AD Ports Group” şirkətinin əməliyyatlar üzrə direktoru, regional baş icraçı direktoru Əbdüləziz Zayed Əl-Şəmsinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə şirkətlər arasında strateji tərəfdaşlığın önəmi qeyd olunub, xam neft, neft məhsullarının logistikası, infrastruktur layihələrində birgə iştirak və əməkdaşlıq məsələləri müzakirə edilib.

 Tərəflər, həmçinin SOCAR və “AD Ports Group” arasında qarşılıqlı əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.

Seçilən
95
50
fed.az

10Mənbələr