“Ukrayna və ya Tayvanda münaqişələr mənim prezidentliyim dövründə başlasaydı, Moskva və Pekini bombalayardım”. Yeniavaz.com “The Washington Post” qəzetinə istinadla xəbər verir ki, bu barədə ABŞ-nin keçmiş prezidenti Donald Tramp seçki kampaniyasının donor tədbirlərinin birində bildirib. Nəşr yazır ki, Tramp tez-tez belə tədbirlərdə xarici siyasət, o cümlədən inflyasiya və ABŞ-yə miqrasiya problemləri ilə bağlı şərhlərlə çıxış edir və donorlardan külli miqdarda pul almağa çalışır. Bundan əvvəl isə Tramp ölkəsinin “axmaqlar” və “səriştəsizlər” tərəfindən idarə edildiyini bildirmişdi. O, ABŞ-nin hazırkı Prezidenti Co Baydenin səriştəsizliyi ucbatından Vaşinqtonun yaxın beş ayda üçüncü dünya müharibəsi ilə üz-üzə qala biləcəyini qeyd etmişdi. Tramp Ukraynada və Qəzza zolağında münaqişələrin başlamasını da indiki Amerika administrasiyasının siyasəti ilə əlaqələndirmişdi.