AZ

Tramp Moskva və Pekini “bombalamaqla” hədələdi


“Ukrayna və ya Tayvanda münaqişələr mənim prezidentliyim dövründə başlasaydı, Moskva və Pekini bombalayardım”.
Yeniavaz.com
“The Washington Post” qəzetinə istinadla xəbər verir ki, bu barədə ABŞ-nin keçmiş prezidenti Donald Tramp seçki kampaniyasının donor tədbirlərinin birində bildirib.
Nəşr yazır ki, Tramp tez-tez belə tədbirlərdə xarici siyasət, o cümlədən inflyasiya və ABŞ-yə miqrasiya problemləri ilə bağlı şərhlərlə çıxış edir və donorlardan külli miqdarda pul almağa çalışır.
Bundan əvvəl isə Tramp ölkəsinin “axmaqlar” və “səriştəsizlər” tərəfindən idarə edildiyini bildirmişdi. O, ABŞ-nin hazırkı Prezidenti Co Baydenin səriştəsizliyi ucbatından Vaşinqtonun yaxın beş ayda üçüncü dünya müharibəsi ilə üz-üzə qala biləcəyini qeyd etmişdi. Tramp Ukraynada və Qəzza zolağında münaqişələrin başlamasını da indiki Amerika administrasiyasının siyasəti ilə əlaqələndirmişdi.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
46
15
yeniavaz.com

10Mənbələr