RU

"Nazimin orada yüksək vəzifədə işləyən arvadı var idi. Oğlumu girov götürmüşdülər" - Bəydəmirlinin məhkəməsində zərərçəkmiş ifadə verdi

Keçmiş deputat Nazim Bəydəmirlinin cinayət işi üzrə məhkəmə araşdırması davam edir.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda zərərçəkmiş şəxslər ifadə verib.

Bu iş üzrə iki nəfər - Ədalət Bağırov və Mürsəl İbrahimov zərərçəkmiş qismində tanınıb. İttihamda deyilir ki, N. Bəydəmirli Ədalət Bağırovla iş ortağı olub. Bağırov deyir ki, Bəydəmirli ilə hazırda dələduzluğa görə həbsdə olan sabiq məhkəmə hakimi Lətif Nəbiyev vasitəsilə tanış olub:

“Lətif Nəbiyev dedi ki, üçümüz də gədəbəyliyik. Hər şey yaxşı olacaq. Nazim deputat seçiləndən sonra şəriklərlə münasibəti pozdu. Hətta məni ona böhtan atmaqda ittiham etdi. Bir müddət sonra sahibi olduğum qarajda işləyən qadın mənə böhtan atdı ki, guya ona təcavüz etmişəm. Sonradan məlum oldu ki, Nazimin adamı məni şərləməsi üçün həmin qadına 20 min manat veribmiş. Üstündən xeyli vaxt keçəndən sonra Nazim mənim iş yerimə gəldi. Dedi ki, ona 50 min manat pul və sahibi olduğum qarajın 15 faiz səhmini verməliyəm. Sonra telefonu çıxarıb iki kişinin intim videosunu göstərdi. Dedi ki, dediklərimi etməsən, sənin də belə videon yayılacaq. Bundan sonra biabır olmaqdan qorxdum, 10 min manat verdim. Eşitdiyimə görə həmin pula da Türkiyədə yaşayan oğluna ev alacaqdı.”

Bəydəmirli zərərçəkmişin dediklərini təkzib edib, yalan danışdığını deyib:

“Dediklərindən yalnız bizi Lətif Nəbiyevin tanış etməsi doğrudur. Vəssalam.”

Prosesin davamında zərərçəkmiş Mürsəl İbrahimov ifadə verib. İbrahimov əvvəllər Bakı Dövlət Universitetində müəllim işləyib. Alim olduğunu iddia edən bu zərərçəkmişin də Nazim Bəydəmirli ilə işlə bağlı münasibəti yaranıb. Razılaşmaya görə onlar Rusiyada araq biznesi ilə məşğul olacaqlarmış. Sözügedən təklif də Bəydəmirlidən gəlib. Zərərçəkmiş də təklifə inanıb, biznes şəriki olan iranlı dostundan 40 min dollar alıb təqsirləndirilənlə işləmək üçün Rusiyaya gedib:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
145
2
aznews.az

10Источники