Ukraynanın “Polesye” klubunun üzvü Emil Mustafayev komandasını dəyişə bilər.
Bizim.Media xəbər verir ki, millimizin də üzvü olan futbolçu ilə Macarıstanın “Fexervar” və Türkiyənin adı çəkilməyən iki klubu maraqlanır. Yay transfer dövründə onlar Mustafayevlə danışıqlara başlayacaqlar.
Qeyd edək ki, Emil Mustafayevə “Neftçi” və “Sabah” da maraq göstərir.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта