RU

Bu ölkə Yeni Kaledoniyadan vətəndaşlarını təxliyə edir - » AzadMedia.az



Avstraliya iğtişaşların davam etdiyi Yeni Kaledoniyadan vətəndaşlarını təxliyə etmək qərarına gəlib.

Azadmedia.az xəbər verir ki, bu barədə Avstraliya xarici işlər naziri Penni Vonq məlumat verib.

Belə ki, “Avstraliya vətəndaşları və digər ölkələrdən olan turistləri Yeni Kaledoniyadan təxliyə etmək üçün iki uçuş həyata keçirməyə icazə almışıq”, - deyə Vonq X səhifəsində yazıb.

Həmçinin Yeni Zelandiya hökuməti də Yeni Kaledoniyada olan vətəndaşlarının təxliyəsinə başlayacağını açıqlayıb.

Qeyd edək ki, Yeni Kaledoniyada baş verən iğtişaşlar nəticəsində 6 nəfər ölüb, onlarla insan yaralanıb, 200-dən çox şəxs saxlanılıb. Muxtar quruma 200 milyon avrodan çox ziyan dəyib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
112
22
azadmedia.az

10Источники