AZ

Niderland öz təbəələrini Yeni Kaledoniyadan təxliyə edir

Niderland öz təbəələrini Yeni Kaledoniyadan təxliyə etməyi planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bu barədə krallığın Xarici İşlər Nazirliyinə istinadən yerli ANP agentliyi məlumat yayıb.

Bildirilib ki, nazirlik Yeni Kaledoniyada olan və etirazlara görə bölgəni tərk etmək istəyən on təbəə ilə əlaqə saxlayır.

Qeyd olunub ki, Niderland XİN təbəələrin təxliyəsi məsələsi ilə bağlı Avstraliya və Yeni Zelandiyanın iqtidar orqanları ilə əlaqə saxlayır. Hər iki ölkə vətəndaşlarını təxliyə etmək üçün Fransanın dənizaşırı ərazisindən uçuşlar təşkil etmək niyyətindədir. Amsterdam, oturacaqlar olarsa, təbəələrini bu reyslərə çıxarmaq istəyirlər.

ANP-nin məlumatına görə, müxtəlif ölkələrin 3 minə yaxın vətəndaşı adanı tərk etmək istəyir.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
97
22
teleqraf.com

10Mənbələr