RU

Lionel Messi ardıcıl 2-ci oyunda səmərəli fəaliyyət göstərə bilmədi - ARENA.AZ

Futbol üzrə Argentina milli komandasının ulduz hücumçusu Lionel Messi ABŞ təmsilçisi “İnter Mayami”də növbəti matçına çıxıb.

Arena.az məlumat verir ki, Mayami təmsilçisi MLS-də müntəzəm mövsümün növbəti oyunu çərçivəsində “Di-Si Yunayted”i qəbul edib və 1:0 hesablı qələbə qazanıb.

“Vağlar” qələbəni oyunun əsas vaxtına əlavə edilmiş 4-cü təzminat dəqiqəsində ekvadorlu mərkəz hücumçusu Leonardo Kampananın vurduğu qolla qoparıblar.

“İnter Mayami”nin zədədən bərpa olunaraq sıraya qayıtmış argentinalı hücumçusu Lionel Messi əsas heyətdə meydana çıxıb. Buna rəğmən “Leo” oyunda heç bir səmərəli fəaliyyəti ilə diqqət çəkməyib. Vurğulayaq ki, bu, Messinin heç bir səmərələi fəaliyyətlə yadda qalmadığı ardıcıl ikinci oyunudur.

“İnter Mayami” 15 oyundan 31 xalla MLS-in yarış cədvəlinin zirvəsində şərti liderliyini sürdürür.

Lionel Messi “İnter Mayami”nin düşərgəsinə 2023-cü ilin yayında PSJ-dən azad agent qismində keçib.

Ulduz hücumçunun amerikan klubu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 13 oyuna çıxıb, 12 qol vurub və 11 məhsuldar ötürmə verib. Təcrübəli futbolçunun “İnter Mayami” karyerası ümumilikdə 27 oyun, 23 qol və 16 məhsuldar ötürmədən ibarətdir.

“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmada 180 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

“Transfermarkt” internet-portalı 36 yaşlı Messinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
101
5
arena.az

10Источники