AZ

Rakitiç: “Messi dünyanın ən yaxşı sol cinah müdafiəçisi ola bilərdi”

“Əl-Şabab”ın xorvat yarımmüdafiəçisi İvan Rakitiç argentinalı ulduz hücumçu Lionel Messi ilə “Barselona”da oynadığı vaxtları xatırlayıb.

Arena.az xəbər verir ki, təcrübəli futbolçu keçmiş komanda yoldaşının istedadlarını qiymətləndirib.

Rakitiçin bu barədə fikirlərini təqdim edirik:

“Messi istəsə, dünyanın ən yaxşı sol cinah müdafiəçisi ola bilərdi. O, sizə meydanda nə etməli olduğunuzu deyən ən yaxşı kapitandır. “Leo” müstəsna, fərqli idi”, deyə xorvatiyalı futbolçu keçmiş komanda yoldaşı haqda təriflə danışıb.

Xatırladaq ki, İvan Rakitiç 2014-2020-ci illərdə “blauqrana”nın heyətində Lionel Messi ilə birlikdə çıxış edib.

Lionel Messi 2023-cü ilin yayında PSJ-dən azad agent qismində “İnter Mayami”yə keçib. Hücumçunun amerikan klubu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 10 oyuna çıxıb, 11 qol vurub və 6 məhsuldar ötürmə verib. Təcrübəli futbolçunun “İnter Mayami” karyerası ümumilikdə 24 oyun, 22 qol və 11 məhsuldar ötürmədən ibarətdir.

“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmada 180 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz yığma ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

Messi daha öncə “Barselona” və PSJ-də forma geyinib.
“Transfermarkt” internet-portalı 36 yaşlı Messinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
139
3
Mənbələr
Şərh ()
Bağla