AZ

Messinin oynamadı, “İnter Mayami” xal itkisi ilə üzləşdi

MLS müntəzəm mövsümünün növbəti oyununda “İnter Mayami” səfərdə “Eksploriya” stadionunda yerli “Orlando Siti” ilə qarşılaşıb.

Arena.az məlumat verir ki, oyun “quru” hesabla başa çatıb – 0:0.

“Vağlar” bir neçə dəfə qol vurmağa yaxın olsalar da, sonda qolsuz heç-heçə ilə kifayətlənməli olublar.

Hazırda “İnter Mayami” 14 oyundan 28 xalla MLS-in yarış cədvəlində şərti liderliyini sürdürür.

“İnter Mayami”nin argentinalı ulduzu, hücumçu Lionel Messi bu oyunda iştirak etməyib. Messinin bu oyunun iştirak ərizəsindən kənarda qalacağı əvvəlcədən məlum idi. MLS-in rəsmi saytı bu barədə öncədən məlumat verimişdi. Bildirilib ki, Messi dizindəki kiçicik zədədən rahatsızlıq hiss etməsi səbəilə bu oyunu buraxmalı olub.

Lionel Messi “İnter Mayami”yə 2023-cü ilin yayında PSJ-dən azad agent qismində keçib.

Ulduz hücumçunun amerikan klubu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 12 oyuna çıxıb, 12 qol vurub və 11 məhsuldar ötürmə verib. Təcrübəli futbolçunun “İnter Mayami” karyerası ümumilikdə 26 oyun, 23 qol və 16 məhsuldar ötürmədən ibarətdir.

“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmada 180 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

“Transfermarkt” internet-portalı 36 yaşlı Messinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
132
5
arena.az

10Mənbələr