RU

Hindistanda ildırım 12 nəfəri öldürüb

Hindistanın şərqində ildırım hadisəsi baş verib.

Herbiand.az bildirir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.

Qərbi Benqal ştatında ildırım çaxması nəticəsində azı 12 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.

Təbiət hadisəsi əyalətin paytaxtı Kolkatadan 327 km şimalda yerləşən Malda rayonunda baş verib. Ölən şəxslər ildırım çaxan zaman tarlada işləyirmişlər.

Qeyd edək ki, Hindistanda ildırım vurması nəticəsində hər il təxminən min nəfər ölür.

Bəxtiyar CƏFƏRLİ

Избранный
159
33
herbiand.az

10Источники