AZ

Drezdendə ildırım vurması nəticəsində 10 nəfər xəsarət alıb

Almaniyanın şərqində yerləşən Drezdendə ildırım vurması nəticəsində azı 10 nəfər xəsarət alıb. SİA-nın məlumatına görə, bu barədə DPA agentliyi şəhər yanğınsöndürmə xidmətinə istinadən məlumat yayıb.

Hadisə nəticəsində 4 nəfər ağır xəsarət alıb, onlardan ikisi reanimasiya şöbəsinə yerləşdirilib, daha 6 nəfər isə əzalarında uyuşmadan şikayətlənib.

İddiaya görə, insanlar restoranın talvarının altında gizlənərkən metal dayağa ildırım düşüb. Hadisə yerinə helikopter də cəlb edilib.

Seçilən
180
2
sia.az

10Mənbələr