AZ

Drezdendə ildırım vurması nəticəsində 10 nəfər xəsarət alıb

Almaniyanın şərqində yerləşən Drezdendə ildırım vurması nəticəsində azı 10 nəfər xəsarət alıb.

“Report”un məlumatına görə, bu barədə DPA agentliyi şəhər yanğınsöndürmə xidmətinə istinadən məlumat yayıb.

Hadisə nəticəsində 4 nəfər ağır xəsarət alıb, onlardan ikisi reanimasiya şöbəsinə yerləşdirilib, daha 6 nəfər isə əzalarında uyuşmadan şikayətlənib.

İddiaya görə, insanlar restoranın talvarının altında gizlənərkən metal dayağa ildırım düşüb. Hadisə yerinə helikopter də cəlb edilib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
159
2
report.az

10Mənbələr