Gürcüstan Prezidenti Salome Zurabişvili ölkə müxalifətinə müraciət edib. O, “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin əleyhdarlarını, yəni, müxalifəti “son dərəcə diqqətli” olmağa çağırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Prezident mayın 12-də keçirdiyi brifinqdə bəyanatla çıxış edib.
O deyib: "Mitinq iştirakçılarına müraciət etmək istəyirəm ki, diqqətli olsunlar. Bəzilərinin sizi - müxalifəti təxribata çəkmək planları var. Buna görə də istəyirəm ki, siz çox diqqətli olasınız. Bu, qorxu deyil, ehtiyatlı olmaqdır".