BMT kürsüsündə dünya təşkilatının Nizamnaməsini nümayişkaranə şəkildə parçalayan İsrail səfiri Gilad Erdanın hərəkəti Təl-Əvivin beynəlxalq hüququ tanımamasına dəlalət edir.
NOCOMMENT.az xəbər verir ki, bu fikirləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının rəsmi nümayəndəsi Ömər Çelik bildirib.
“Fələstin qətnaməsinin qəbulundan sonra İsrailin BMT-dəki səfirinin kürsüdə BMT Nizamnaməsini cırması İsrailin beynəlxalq hüququ tanımadığının göstəricisidir”, – Çelik vurğulayıb.
Bu insident mayın 10-da İsrail nümayəndəsinin Baş Assambleyada Fələstinin BMT-yə qəbulunun mümkünlüyü ilə bağlı səsvermə ilə bağlı çıxışı zamanı baş verib.