AZ

Türkiyə ABŞ polisinin “Anadolu” müxbirinə qarşı güc tətbiqini pisləyib

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının rəsmi nümayəndəsi Ömər Çelik və Türkiyə Prezidentinin Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun Nyu-York polisinin Anadolu agentliyinin fotomüxbiri Fatih Aktaşa qarşı kobud rəftarını pisləyib.

“Report” xəbər verir ki, mayın 31-də fotojurnalist Bruklin şəhərində Fələstinə dəstək üçün keçirilən mitinqdən fotolar çəkirmiş.

Jurnalistin dediyinə görə, nümayişçilərin dağıdılmasında iştirak edən polis əməkdaşlarından biri onu sərt şəkildə itələyib, bu səbəbdən o, xəsarət alıb.

Ömər Çelik bildirib ki, mətbuat azadlığı demokratiyanın təməlidir: “Biz haqsızlıqla mübarizə aparan bütün vicdanlı jurnalistlərə dəstəyimizi davam etdirəcəyik”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
56
2
report.az

10Mənbələr