Şəmkirdə ölümlə nəticələn ağır yol qəzası baş verib.
Senzor.az-ın məlumatına görə, hadisə Gədəbəy-Şəmkir avtomobil yolunun Yasamal adlanan ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan minik maşını idarəetmədən çıxaraq dərəyə aşıb.
Qəza zamanı 1 nəfər ölüb, 1 nəfər itkin düşüb, 2 nəfər isə xəsarət alıb.
Hadisə yerinə FHN-in xilasediciləri və təcili tibbi yardım birqadalarının əməkdaşları cəlb olunub.
Qeyd edək ki, qəzaya düşən şəxslər bir ailənini üzvləridir.