AZ

Şəmkirdə ölümlə nəticələnən ağır qəza - İtkin düşən var

Şəmkirdə ölümlə nəticələnən ağır qəza baş verib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə Gədəbəy-Şəmkir avtomobil yolunun Yasamal adlanan ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik maşını idarəetmədən çıxaraq dərəyə aşıb. Qəza zamanı 1 nəfər ölüb, 1 nəfər itkin düşüb, 2 nəfər isə xəsarət alıb. Hadisə yerinə FHN-nin xilasediciləri və təcili tibbi yardım birqadalarının əməkdaşları cəlb olunub. 

***

Şəmkirdə ağır yol qəzasında ölən və yaralananların kimliyi məlum olub.

Belə ki, 1986-cı il təvəllüdlü Həbib Rzayev, 1995-ci il təvəllüdlü Məhəmməd Həsənov, 2021- ci il təvəllüdlü Sədaqət Həsənova və 1987-ci il təvəllüdlü Salahov Samir müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
247
48
milli.az

10Mənbələr