AZ

Şəmkirdə minik maşını dərəyə aşdı -ÖLƏN VƏ YARALANANLAR VAR

Şəmkirdə ölümlə nəticələn ağır yol qəzası baş verib.

 

Senzor.az-ın məlumatına görə, hadisə Gədəbəy-Şəmkir avtomobil yolunun Yasamal adlanan ərazisindən keçən hissəsində qeydə alınıb. 

 

Hərəkətdə olan minik maşını idarəetmədən çıxaraq dərəyə aşıb.

 

Qəza zamanı 1 nəfər ölüb, 1 nəfər itkin düşüb, 2 nəfər isə xəsarət alıb. 

 

Hadisə yerinə FHN-in xilasediciləri və təcili tibbi yardım birqadalarının əməkdaşları cəlb olunub.

 

Qeyd edək ki, qəzaya düşən şəxslər bir ailənini üzvləridir.

Seçilən
290
48
senzor.az

10Mənbələr