RU

Xavyer Asensi: “Messinin gəlişi ilə “İnter Mayami”nin gəlirləri artıb”

“İnter Mayami”nin baş idarəçisi Xavyer Asensi Lionel Messinin transferinin klubun gəlirlərinə necə təsir etdiyini açıqlayıb.

Arena.az EFE dərgisinə istinadən, Asensinin bu barədə fikirlərini təqdim edir:

“Leo” bizi növbəti səviyyəyə qaldırır. Bununla belə, tərəfdaşlara müraciətlərin səviyyəsi də artır. Biz öz mövqeyimizdən çox razıyıq, komanda və görülən işlərlə fəxr edirik. Qalan tək şey inkişaf etməkdir.

Messinin gəlişindən bəri biz 60 milyonluq büdcəsi olan bir komandadan 125 və ya 130 milyonluq büdcəyə qədər yol keçmişik. Bu il dövriyyəmizin 200 milyon və ya daha çox olacağını gözləyirəm. Müvəqqəti stadionu nəzərə alsaq, bu, böyük məbləğdir”, deyə Xavyer Asensi bildirib.

Hazırda “İnter Mayami” MLS müntəzəm mövsümünün 11 turundan sonra 21 xalla yarış cədvəlinin zirvəsində qərarlaşıb.

Lionel Messi 2023-cü ilin yayında PSJ-dən azad agent qismində “İnter Mayami”yə keçib. Hücumçunun amerikan klubu ilə müddəti 2025-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Argentinalı ulduz cari mövsümdə “İnter Mayami”nin heyətində bütün yarışlarda 10 oyuna çıxıb, 11 qol vurub və 6 məhsuldar ötürmə verib. Təcrübəli futbolçunun “İnter Mayami” karyerası ümumilikdə 24 oyun, 22 qol və 11 məhsuldar ötürmədən ibarətdir.
“Leo” hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. 18 il ərzində ulduz hücumçu yığmada 180 oyun keçirib, 106 qol vurub və 56 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.

Argentinalı superulduz yığma ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının gümüş (2014), Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 36 yaşlı Messinin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
166
5
arena.az

10Источники