Qəzzada baş verənləri işıqlandıran fələstinli jurnalistlər mətbuat azadlığı sahəsinə töhfələrinə görə 2024-cü il UNESCO/Guillermo Cano mükafatının qalibləri seçiliblər.
Day.Az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə UNESCO-nun məlumatında deyilir.
Seçim media peşəkarlarından ibarət beynəlxalq münsiflər heyətinin tövsiyəsi əsasında baş tutub. Mükafatların təqdimetmə mərasimi Çilinin paytaxtı Santyaqoda keçirilən Ümumdünya Mətbuat Azadlığı Konfransı çərçivəsində baş tutacaq.